Azərbaycanlı futbolçu Gürcüstanda növbəti oyuna çıxdı

Gürcüstan çempionatında 8-ci tur başa çatıb. 90plus.az xəbər verir ki, azərbaycanlı yarımmüdafiəçi Vüqar Bəybalayevin çıxış etdiyi “Telavi” bu turda doğma meydanda "Dila"nı qəbul edib və 0:2 hesabı ilə uduzub.

Vüqar da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək oynayıb. 27 yaşlı oyunçu 90+2 dəqiqədə sarı vərəqə ilə də cəzalanıb. Qeyd edək ki, “Telavi” hazırda 6 xalla 10 komanda arasında 8-ci pillədə qərarlaşıb.

0 comments

Recent Posts

See All