Azərbaycanlı futbolçu Gürcüstanda növbəti oyuna çıxdı

Gürcüstan çempionatında 13-cü turun oyunları keçirilib. 90plus.xəbər verir ki, azərbaycanlı futbolçu İbrahim Qədirzadənin çıxış etdiyi “Samtrediya” doğma meydanda "Dinamo" (Batumi) ilə qarşılaşıb və 0:2 hesabı ilə uduzub.

İbrahim də bu görüşün iştirakçısı olub. 21 yaşlı müdafiəçi start heyətdə meydana çıxıb və 65-ci dəqiqədə əvəzlənib. Qeyd edək ki, “Samtrediya" 9 xalla hazırda 10 komanda arasında 9-cu pillədə qərarlaşıb.

0 comments