Azərbaycanlı futbolçu Polşa klubuna keçib


Azərbaycanlı futbolçu Riad Abbaszadə karyerasını Polşada davam etdirəcək. 90plus.az xəbər verir ki, 22 yaşlı yarımmüdafiəçi 4-cü divizion təmsilçisi “Oskar”a keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Onunla imzalanan müqavilənin müddəti açıqlanmayıb. Qeyd edək ki, Riad Abbaszadənin son klubu “Qarabağ” olub. O, Ağdam kilubunun əvəzedici komandasında oynayıb. Abbazadə “Qarabağ”dan mövsümün əvvəlində ayrılıb.

0 comments