Azərbaycanlı futbolçu Rusiyada klubunu dəyişəcək


Rusiyanın "Arsenal" klubunun futbolçusu Ayaz Quliyev komandasını dəyişə bilər. 90plus.az xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi ilə "Axmat" komandası yaxından maraqlanır. Qroznı təmsilçisi təcrübəli oyunçunun transferi ilə bağlı danışıqlara başlayıb. Futbolçunun Tula klubu ilə 2023-cü ilin yayınadək müqaviləsi var. Qeyd edək ki, Ayaz Quliyevin atası 20 yaşında ikən Moskvaya köçüb. Quliyev Rusiyanın müxtəlif yaş qrupları üzrə yığmalarında çıxış edib. O, U-21-də 22 görüşdə 3 qol vurub. Lakin əsas millidə hələ oynamayıb.

0 comments