Azərbaycanlı futbolçu Türkiyə klubuna transfer olundu!



Türkiyə "Keçiörengücü" klubu "Keşlə"nin sabiq futbolçusu Vüsal İsgəndərli ilə müqavilə bağlayıb.

90plus.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Ankara təmsilçisi 26 yaşlı yarımmüdafiəçinin keçidini rəsmən açıqlayıb. İsgəndərli ilə 3 illik müqavilə imzalanıb.


Qeyd edək ki, "Keçiörengücü" TFF 1-ci liqasında çıxış edir.

0 comments