top of page

Azərbaycanlı futbolçu Türkiyə klubunda qələbə qolunu vurdu! VİDEO


Azərbaycanlı futbolçu Bəxtiyar Həsənalızadə Türkiyə klubu “Tuzlaspor”a qələbə qazandırıb.


90plus.az xəbər verir ki, müdafiəçi I Liqanın V turunda “Adanaspor”la görüşdə fərqlənərək, buna nail olub.

90 dəqiqəni əvəzlənmədən keçirən Həsənalızadənin 70-ci dəqiqədə vurduğu qol “Tuzlaspor”a doğma arenasında 3 xal bəxş edib - 2:1.

Bununla mövsümdə ilk qələbəsini qazanan “Tuzlaspor” hesabındakı 3 xalla 18 komanda arasında 17-ci pillədə qərarlaşıb.


Qolun videosunu linkdən izləyə bilərsiniz:


0 comments

Comments


bottom of page