Azərbaycanlı futbolçu Yunanıstan klubunda debüt etdi


Azərbaycanlı futbolçu Turan Manafovun yeni klubu "Olimpiakos Volos" Yunanıstanın 2-ci liqasında növbəti oyununa çıxıb. 90plus.az xəbər verir ki, komanda səfərdə "Apollon"la (Larissa) qarşılaşıb. Oyun 1:1 hesabı ilə başa çatıb. Bu matçda debüt edən Manafov start heyətdə meydana çıxıb və sona qədər oynayıb. "Olimpiakos Volos" 10 xalla 17 komanda arasında 15-ci pillədə qərarlaşıb. Qeyd edək ki, Turan Manafov müqavilə ilə "SƏbail"ə məxsusdur və Yunanıstan klubunda icarə əsasında çıxış edir.

0 comments