Azərbaycanlı futbolçudan Polşada dubl

Azərbaycanlı futbolçu Fuad Bayramov çıxış etdiyi Polşanın "Ostroveç-Şventokşisi" klubunda dubl edib.

90plusxəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi 3-cü Liqanın 4-cü qrupunda autsayder "Hetman"la görüşdə fərqlənib.

6:0 hesabı qələbənin əsasını start heyətdə meydana çıxan Fuad qoyub. O, 12 və 45+1-ci dəqiqələrdə rəqib qapısına yol tapıb.

Qeyd edək ki, Fuadın komandası hazırda 47 xalla 8-ci sıradadır.

0 comments