Azərbaycanlı hakim Avropada təyinat alıb!


FİFA referisi Əliyar Ağayev UEFA Konfrans Liqasına təyinat alıb.

"90plus" AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, o, oktyabrın 21-də Çexiyada “Yablonets” və Danimarka “Randers”i arasında qrup mərhələsinin III tur oyununu idarə edəcək.

34 yaşlı hakimə Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını Elçin Məsiyev yerinə yetirəcək.

0 comments