Azərbaycanlı hakim Dünya Çempionatını idarə edə bilər


2021-ci ildə Rusiya Federasiyasında təşkil olunacaq çimərlik futbolu üzrə Dünya çempionatının final mərhələsinin oyunlarını idarə edəcək namizəd hakimlərin adları açıqlanıb.


90plus.az xəbər verir ki, 48 hakimin yer aldığı ilkin siyahıda çimərlik futbolu üzrə FİFA referisi İnqilab Məmmədovun da adı var.


Qeyd edək ki, 24 referinin yer alacağı yekun siyahı 2021-ci ilin iyul ayında açıqlanacaq.



0 comments