Azərbaycanlı hakim-inspektor "Lester"in oyununa təyinat aldı


Beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev növbəti dəfə təyinat alıb.

90plus.az xəbər verir ki, o, Rusiyanın "Spartak" (Moskva) və İngiltərənin "Lester" komandaları arasında keçiriləcək UEFA Avropa Liqasının qrup mərhələsinin III oyununda iş başında olacaq. Qeyd edək ki, qarşılaşma oktyabrın 20-də Rusiyanın paytaxtı Moskvada oynanılacaq.

0 comments