Azərbaycanlı hakim Konfrans Liqasının oyununa təyinat aldı

Azərbaycanlı FIFA referisi Elçin Məsiyev Konfrans Liqasının oyununa təyinat alıb.

90plus.az UEFA-nın saytına istinadən xəbər verir ki, 30 yaşlı referi 1-ci təsnifat mərhələsinin cavab oyunu çərçivəsində keçiriləcək "Petrokub" (Moldova) - "Sileks" (Şimali Makedoniya) matçını idarə edəcək.

Ona yan xətt hakimləri Elşad Abdullayev və Pərvin Talıbov köməklik göstərəcəklər. Dördüncü hakim isə Kamal Umudlu olacaq.

Qeyd edək ki, iyulun 15-də keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

0 comments