
Futzal üzrə FIFA referisi Əli Cəbrayılov UEFA-dan yeni təyinat alıb.
90plus.az AFFA-nın saytına istinadən xəbər verir ki, o, dünya çempionatının ilkin seçmə mərhələsinin A qrupunun oyunlarında ədaləti qoruyacaq. Bu qrupda Almaniya, San Marino, Monteneqro və Cəbəllütariq milli komandaları mübarizə aparacaqlar. Qarşılaşmalar 5 - 10 apreldə Almaniyada təşkil ediləcək.