
Azərbaycan Premyer Liqasının oyunlarına təyinat alan baş hakimlər və hakim köməkçiləri üçün AFFA-nın Futbol Akademiyasının meydançasında təlim keçirilib. 90plus.az milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, UEFA-nın baş fizioterapevti Roman Jahodanın təşkil etdiyi təlimin mövzusu “Zədələrin qarşısının alınması” olub. Təlimə AFFA Hakimlər Komitəsinin sədri Frits Ştuxlik rəhbərlik edib.