Azərbaycanlı hakimlər Türkiyədə növbəti VAR seminarında

AFFA və TFF arasındakı qarşılıqlı əməkdaşlıq çərçivəsində Türkiyənin İstanbul şəhərində VAR (Video Köməkçi Hakim) protokolu ilə bağlı növbəti seminar keçirilir.

90plus.az xəbər verir ki, seminar TFF-nin Rivadakı təlim-məşq mərkəzində təşkil olunub və dekabrın 2-dək davam edəcək.


Seminarda Azərbaycan Premyer Liqasının və Birinci Divizionun oyunlarına təyinat alan baş hakimlər və hakim köməkçiləri (28 nəfər), həmçinin “CBC Sport” telekanalının 7 operatoru iştirak edir.

0 comments