
III Avropa Oyunlarının kikboksinq yarışlarında Azərbaycan idmançısı Fərid Ağamoğlanov (63.5 kq) finala adlayıb.
90plus.az xəbər verir ki, o, yarımfinalda norveçli Milton Ameriko Barrios Qalarettaya qalib gəlib.
Sabah finalda Fəridin rəqibi İtaliya idmançısı Damiano Tramonrana olacaq.