Azərbaycanlı legionerlər Gürcüstanda məğlub oldu!



"90plus" xəbər verir ki, azərbaycanlı futbolçu Vüqar Bəybalayevin çıxış etdiyi “Telavi” səfərdə Tiflis “Dinamo”su ilə qarşılaşıb və 0:1 hesabı ilə uduzub. Beybalayev meydana start heyətində daxil olub və 59-cu dəqiqədə əvəzlənib.




Digər həmyerlimiz İbrahim Qədirzadənin oynadığı "Samtredia" da Tiflis səfərindən xalsız dönüb. Komanda "Lokomotiv"ə 1:3 hesdabı ilə uduzub. Qədirzadə start heyətdə meydana çıxıb və sona qədər oynayıb.

Qeyd edək ki, "Samtredia" 9 xalla 9-cu, "Telavi" isə 8 xalla sonuncu - 10-cu yerdədir.

0 comments