Azərbaycanlı məşqçiyə 20 oyunluq cəza verildi

"Səbail" futbol komandasının məşqçisi Vüqar Məmməd 20 oyunluq cəzalanıb.

90plus.az-ın məlumatına görə, bu barədə AFFA İntizam Komitəsi qərar qəbul edib. Səbəb kimi gənc mütəxəssisin Azərbaycan Kubokunun 1/4 final mərhələsinin “Sumqayıt”la cavab görüşünün 76-cı dəqiqəsində köməkçi hakim Cavanşir Yusifovu vurması göstərilib.


Faktla əlaqədar Azərbaycanın U-19 və U-17 millillərinin keçmiş baş məşqçisi uzunmüddətli diskvalifikasiyaya məruz qalıb. "Səbail"ə isə 16 000 manat cərimə kəsilib.


Qeyd edək ki, oyun "Sumqayıt"ın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. İlk matçda "Səbail" 1:0 hesabı ilə qalib gəlsə də, səfərdə az qol vurduğu üçün mübarizəni dayandırıb.

0 comments

Recent Posts

See All