top of page

“Azərbaycanla matçda qalib gəlmək üçün hər şeyi edəcəyik” - Avstriyanın kapitanı

Avstriya yığmasının yarımmüdafiəçisi Marsel Sabitzer Avro-2024-ün seçmə mərhələsi çərçivəsində sabah Azərbaycan yığmasına qarşı keçirəcəkləri oyun haqda danışıb.


90plus.az xəbər verir ki, o, mərhələyə uğurlu start vermək niyyətində olduqlarını deyib:


“Hansı yolu getdiyimizi bilirik. Yeni seçmə mərhələyə yaxşı başlamaq üçün sabahkı Azərbaycanla oyunda qələbə qazanmaq istəyirik.  Bunun üçün hər şeyi edəcəyik".

Qeyd edək ki, martın 24-də “Raiffeisen Arena”da keçiriləcək Avstriya - Azərbaycan oyunu Bakı vaxtı ilə saat 23:45-də başlayacaq. Sabitzer bu görüşdə Avstriyanın kapitanı olacaq.

0 comments

Comments


bottom of page