"Azərbaycanla matçdan sonra Şenol Günəş səhvlərimizi izah etdi"

Türkiyə yığmasının və "Fənərbaxça"nın futbolçusu İrfan Can Kahveci Azərbaycan millisini 2:1 hesabı ilə məğlub etdikləri yoldaşlıq oyunu barədə danışıb.

90plus.az xəbər verir ki, bu gün Qvineya ilə keçirəcəkləri yoldaşlıq görüşündən əvvəl açıqlamasında bildirib: "Millidəki futbolçular hər zaman birlikdə oynamırlar. Bu da komandaya mənfi təsir göstərir. Bu, həm də yoldaşlıq matçı idi. Baş məşqçi Şenol Günəş hər kəsi meydanda görmək istəyirdi. O, Azərbaycanla oyundan sonra mənfi və müsbət cəhətlərimizi izah etdi. Ümid edirəm ki, növbəti görüşlərdə də qalib gələcəyik".

Qeyd edək ki, Türkiyə millisinin Qvineya ilə qarşılaşmasını azərbaycanlı FİFA referisi Əliyar Ağayev idarə edəcək.

0 comments