“Azərbaycanla oyuna hazırıq”

Futbol üzrə Latviya millisinin hücumçusu Vladislav Qutkovski Azərbaycan yığmasına qarşı keçirəcəkləri yoxlama oyunundan öncə fikirlərini bölüşüb.

90plus.az xəbər verir ki, o, bu gün baş tutan mətbuat konfransında bunları söyləyib:

“Matça hazırıq. Yaxşı əhval-ruhiyyədə hazırlaşırıq. Bizi maraqlı oyun gözləyir. Sabah oynaya, qol vura və qələbə qazana bildiyimizi göstərəcəyik.


Küveytlə 1:1 hesablı heç-heçə etdiyimiz görüşdə yaxşı çıxış etmişdik. Həmin qarşılaşmada məşqçilərimizin istədiklərini etdik. Bu element üzərində əlavə işləməliyik”.


Sabah Maltada keçiriləcək Azərbaycan – Latviya matçına saat 15:00-da start veriləcək.

0 comments