Azərbaycanla oyunu buraxacaq

Serbiya millisi DÇ-2022-nin seçmə mərhələsinin 3-cü turunda Azərbaycanla oyuna itki ilə çıxacaq.


90plus.az xəbər verir ki, sözügedən görüşü Nikola Milenkoviç buraxacaq. 24 yaşlı müdafiəçi Portuqaliya ilə 2-ci tur matçında (2:2) qırmızı vərəqə alıb və cəzalı duruma düşüb.

Qeyd edək ki, martın 30-da keçiriləcək Azərbaycan - Serbiya oyunu Bakı vaxtı ilə 20:00-da başlayacaq.

0 comments