top of page

“Azərreyl” Çelenc Kubokuna qələbə ilə başladı

Qadın voleybolçulardan ibarət “Azərreyl” klubu avrokuboklarda 2023/2024 mövsümünə qələbə ilə start verib.


90plus.az - ın məlumatına görə, Azərbaycan təmsilçisi Çelenc Kubokunun 1/32 final mərhələsinin ilk matçında inamlı qalibiyyət əldə edib.


Ukraynanın “Balta” klubunu Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində qəbul edən “Azərreyl” rəqibini 3:0 (25:18, 25:18, 25:18) hesabı ilə məğlub edib.


Bu komandalar oktyabrın 18-də eyni məkanda cavab oyununda qarşılaşacaqlar.



0 comments
bottom of page