top of page

“Azərreyl” Çelenc kubokunda İspaniya klubunu məğlub etdi!


Qadın voleybolçulardan ibarət “Azərreyl” klubu avrokubokda növbəti oyununa çıxıb.


90plus.az xəbər verir ki, ölkəmizi Çelenc kubokunda təmsil edən komandamız 1/16 finalda İspaniyanın “Avarka de Menorka” klubunu məğlub edib.


Cütün ilk qarşılaşması bu gün baş tutub. Voleybol Mərkəzində təşkil olunan görüş qonaqların üstünlüyü ilə başlayıb və rəqib ilk setdə 25-23 hesabı ilə qalib gəlib. Lakin komandamız sonradan təşəbbüsü ələ alıb və ikinci hissədə 25-15 hesablı qələbə qazanaraq ümumi hesabı bərabərləşdirib. Növbəti setlərdə də komandamız üstünlüyü əldən verməyib və meydandan qalib ayrılıb (25-19, 25-23). Beləliklə, “Azərreyl” ilk oyunda rəqibini 3:1 hesabı ilə məğlub edib.

Cütün cavab matçı bir həftə sonra İspaniyada baş tutacaq.


Çelenc kuboku

1/16 final (1-ci oyun)

9 noyabr

“AZERRAIL” - “Avarca de MENORCA” 3:1 (23:25, 25:15, 25:19, 25:23)


0 comments
bottom of page