top of page

“Az vaxtım qalıb” - xərçəngə tutulan məşhur futbolçu


İngiltərə millisinin sabiq baş məşqçisi Sven-Yoran Eriksson xərçəng xəstəliyinə tutulub.


90plus.az xəbər verir ki, bunu 75 yaşlı isveçli mütəxəssis özü açıqlayıb. O bildirib ki, qaçış zamanı huşunu itirdikdən sonra aparıldığı xəstəxanada bu barədə məlumatlandırılıb. Eriksson bunun sağalmaz xəstəlik olduğunu bildirib:


"Bilirəm ki, ən yaxşı halda bir il, ən pis halda isə daha az vaxtım qalıb. Ancaq bacardıqca bununla mübarizə aparmalıyam”.


Qeyd: 1977-2019-cu illərdə məşqçiliklə məşğul olan Sven-Yoran Eriksson 2001-2006-cı illərdə İngiltərə yığmasını çalışdırıb.

0 comments
bottom of page