Azad agent olan ən bahalı futbolçular

Transfermarkt ən bahalı azad agent olan futbolçuların siyahısını tərtib edib.


90plus.az xəbər verir ki, siyahıya braziliyalı hücumçu Aleks Teyşeyra başçılıq edir. Onun dəyəri 6.3 milyon funt sterlinq olaraq qiymətləndirilir . İkinci pillədə 5.4 milyon funt sterlinq dəyərində qiymətləndirilən "Atletiko"nun sabiq hücumçusu Dieqo Kosta yer alıb. Ahmed Musa və Yunes Belhanda 3-4-cü pillələri bölüşdürürlər.

Transfermarktə görə, ən bahalı azad agent olan futbolçular 1. Aleks Teyşeyra - 6.3 milyon funt sterlinq 2. Dieqo Kosta - 5.4 milyon 3-4. Ahmed Musa - 3.6 milyon 3-4. Yunes Belhanda - 3.6 milyon 5. Mubarak Vakaso - 2.7 milyon 6-7-8. Roman Eremenko - 1.8 milyon 6-7.8. Daniel Staric - 1.8 milyon 6-7-8. Saphir Tayder - 1.8 milyon 9. Kostanstin Rauş - 1.62 milyon 10-11-12-13. Jozo Simonoviç - 1.35 milyon 10-11-12-13. Vilfred Boni - 1.35 milyon 10-11-12-13. Ramires - 1.35 milyon 10-11-12-13. Qustav Vikheym - 1.35 milyon

0 comments