top of page

Azarkeş Ronaldonun üzərinə su tökmək istəyib

DÇ-2022-nin 1/4 finalında Mərakeşlə oyun öncəsi azarkeş Portuqaliya millisinin futbolçusu Kriştiano Ronaldonun üzərinə su tökmək istəyib.


90plus.az xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb. Hadisə 37 yaşlı hücumçu komandasının ehtiyat oyunçular skamyasına gedərkən baş verib. Azarkeşlərdən biri tribunadan əyilib və Ronaldoya butulkadan su atıb. Azarkeş digər fanatlar tərəfindən dərhal dayandırılıb.


Sonra mühafizəçilər həmin şəxslə danışıb və onu stadiondan çıxarıblar.


Qeyd edək ki,  Portuqaliya Mərakeşə 0:1 hesabı ilə uduzub. Ronaldo 51-ci dəqiqədə meydana daxil olub.

0 comments
bottom of page