Azarkeşlər "Şalke" futbolçularına hücum çəkdilər

Almaniya Bundesliqasının 30-cu turunda “Arminiya”ya 0:1 hesabı ilə məğlub olaraq eitanı tərk edən "Şalke" daha bir xoşagəlməz halla qarşılaşıb.

90plus.xəbər verir ki, oyunçular görüşdən sonra bazaya qayıtdıqda azarkeşlər onlara hücum ediblər. “Şalke” futbolçuları çətinliklə fanatların əlindən qaçıblar. Qeyd edək ki, Bundesliqada sona 4 tur qalmış “Şalke” 13 xalla axırıncı yerdə qərarlaşıb. Komanda 33 ildən sonra Bundesliqanı tərk edib.

0 comments