Azarkeşlər Berdıyevdən narazıdır


"Kayrat"ın azarkeşləri komandanın baş məşqçisi Kurban Berdıyevdən narazıdırlar. 90plus.az xəbər verir ki, fanatlar UEFA Konfrans Liqasının qrup mərhələsində "Qarabağ"a məğlubiyyətdən sonra klub rəhbərliyindən 69 yaşlı rusiyalı mütəxəssisin istefaya göndərilməsini tələb ediblər. Onlar əvvəlki baş məşqçi Aleksey Şpilevskinin qaytarılmasını istəyiblər. Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilmiş oyun "Qarabağ"ın 2:1 hesablı qələbəsi ilə başa çatıb.

0 comments