Avstraliya çempionatının 8-ci turunda “Melburn Siti” və “Melburn Viktori” matçında qalmaqal yaşanıb.
90plus.az xəbər verir ki, oyunun 24-cü dəqiqəsində azarkeşlər meydanda kütləvi şəkildə daxil olublar. Buba görə də matç yarımçıq dayandırılıb.
Həmçinin qonaqların pərəstişkarları pirotexniki vasitələrdən istifadə ediblər. Meydançaya atılan tüstü bombalarından birini “Melburn Siti” komandasının qapıçısı Tom Qlover yenidən tribunalara tullayıb. Bu, çoxlu sayda meydana qaçan azarkeşləri qıcıqlandırıb. Onlar bəzi oyunçulara hücum edibər.