Azarkeşlər mayın 17-i stadionlara qayıdır

İngiltərədə mayın 17-dən etibarən 10 minə qədər futbol azarkeşi stadiona buraxılacaq.

90plusxəbər verir ki, bu barədə İngiltərə Baş naziri Boris Conson keçirilən mətbuat konfransında məlumat verib. O bildirib ki, ölkədə mayın 17-dən etibarən məhdudiyyətləri azaltmaq üçün üçüncü mərhələyə başlanılacaq və bu zaman limitli sayda azarkeşlərin stadiona buraxılmasına icazə veriləcək. Futbol turnirlərində 10 minə qədər azarkeş oyunarlarda iştirak edə biləcək.

İngiltərə Premyer Liqası, hər klubun tribunalarda azarkeşləri ilə bir ev matçı keçirməsi üçün 2020/2021 mövsümünün Premyer Liqasının 37-ci turunu 18 və 19 may tarixlərinə təxirə salıb . Son-38-ci turun oyunları isə 23 mayda keçirilməlidir.

0 comments