"Azarkeşlər Qarabağın kimə məxsus olduğunu gözəl xatırlatdılar" - Çavuşoğlu


"Milli komandanın mənim şəhərimdə yoxlama matçı oynaması bizi məmnun etdi. Yaxşı yoxlama görüşü oldu. Azərbaycan millisi yaxşı təsir bağışladı. Onlar mübarizə aparan komandadır. Milli komandamız ümid edirəm ki, Avropa çempionatında əvvəlcə qrupdan çıxıb, sonra çempionluğa doğru irəliləyəcək. Şenol Günəşin rəhbərliyi altında millimizə güvənirəm".

90plus.az xəbər verir ki, bu sözləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycan millisi ilə yoxlama oyunundan (2:1) sonra jurnalistlərə açıqlamasında deyib. O, hər iki komandanın yaxşı təsir bağışladığını söyləyib: "Bir millət, iki dövlətə yaraşan hazırlıq matçı oldu. Avropa çempionatında bəzi matçlarımızı Azərbaycanda oynayacağıq. Qardaş Azərbaycanın millimizə düşərli olacağına inanırıq. Bu gün az sayda azarkeş var idi. Xüsusilə, alanyalı azarkeşlərə təşəkkür edirik. Həm Türkiyə, həm də Azərbaycanın lehinə şüarlar səsləndirdilər. Təbii ki, siyasəti idmana qarışdırmırıq. Amma millətimizin duyğuları həm Azərbaycana, həm də Türkiyəyə yüksək dərəcədədir. Azarkeşlər Qarabağın kimə aid olduğunu gözəl şəkildə xatırlatdılar".

0 comments