Azarkeşlər Ronaldonun ehtiyatda qalmasını istəyir

"Yuventus" azarkeşləri A seriyasının 33-cü turunda "Fiorentina" ilə ötən gün keçirilən matçda (1:1) Kriştiano Ronaldonun oyunundan narazı qalıblar.


90plus.az xəbər verir ki, son üç görüşdə rəqib qapılarına yol tapa bilməyən portuqaliyalı hücumçu "Fiorentina" ilə qarşılaşmada real qol epizodunu dəyərləndirə bilməyib.

Bu isə Turin klubunun fanatlarının hiddətinə səbəb olub. Onlar sosial şəbəkələrdə buna etiraz edərək Ronaldonun ehtiyat oyunçular skamyasında oturmasını tələb ediblər.


Komandanın baş məşqçisi Andrea Pirlo isə oyundan sonra Ronaldonun çıxışını belə qiymətləndirib: "Ronaldonun pis oynamadığını düşünürəm. Bir neçə qol epizodu oldu. Ümumiyyətlə hər şey yaxşı səviyyədə idi. Rəqib yaxşı müdafiə olundu".


Qeyd edək ki, 36 yaşlı futbolçu A seriyasında son dəfə aprelin 7-də qol vurub.

0 comments