Azarkeşlər "Sumqayıt"ı tək qoymadı


"Sumqayıt"ın azarkeşləri komandalarını "Keşlə"yə qarşı Azərbaycan Kubokunun final matçında yalnız buraxmayıb. 90plus.az xəbər verir ki, bir qrup azarkeş oyunun keçiriləcəyi "Bank Respublika Arena"nın ətrafına toplaşaraq, "Sumqayıt"a dəstək olub. Müxtəlif şüarlar səsləndirən fanatlar komanda üzvlərini qələbəyə ruhlandırıblar. Qeyd edək ki, görüş saat 19:30-da başlayacaq. Oyun "CBCSport" kanalı vasitəsilə yayımlanacaq

0 comments