"Azarkeşlər və oyunçulardan üzr istəyirəm"


İspaniya millisinin baş məşqçisi Luis Enrike Avro-2020-nin ilk turunda İsveçlə qolsuz bərabərə qaldıqları matçı şərh edib.

90plus.az "Marca"ya istinadən xəbər verir ki, məşqçi rəqibin uzun ötürmələrdən istifadə edərək müdafiədə oynamağa qərar verdiyini bildirib:


"Hətta İsveçin qələbə qazanmaq şansı var idi. Ancaq sonda heç-heçə oldu. Bu nəticəyə görə azarkeşlərdən və oyunçulardan üzr istəyirəm. Qələbəni azarkeşlərə həsr etmək istəyirdik. Təhlükəli epizodlar yaratmağa çalışdıq. Lakin meydança ən yaxşı vəziyyətdə deyildi. Futbolçular bu durumdan şikayətləndilər. Qol epizodları yaratdıq, ancaq fərqlənə bilmədik". Enrike komandanın hücumçusu Alvaro Morata haqda da danışıb: "Morata həm hücumda, həm də müdafiədə yaxşı işləyən əla oyunçudur. Oyuna hakim olmağı bacarır".

0 comments

Recent Posts

See All