Azarkeşlər VAR sistemini parçaladı


Braziliya A Seriyasının “Qremio” – “Palmeyras” oyunda qalmaqal yaşanıb. 90plus.az xəbər verir ki, matçdan sonra “Qremio” azarkeşləri hakimlikdən narazı qaldıqları üçün iğtişaşlar törədiblər. Onların VAR (video köməkçi hakim) sisteminə də zərər vurublar. Azarkeşlər stadionun digər ləvazimatları ilə yanaşı, VAR aparatını da sıradan çıxarıblar. Olaylara polis tərəfindən müdaxilə olunub. Nəticədə tərəflər arasında qarşıdurma yaranıb. “Qremio” – “Palmeyras” oyunu qonaqların 3:1 hesablı qələbəsiylə başa çatıb. Qarşılaşma zamanı “Qremio”nun bir qolu VAR-ın müdaxiləsi ilə ləğv edilib. Əvəzində “Palmeyras” məhz VAR hakimlərinin müdaxiləsindən sonra penalti qazanıb və bundan maksimum yararlanıb.

0 comments