top of page

"Azarkeşlərdən üzr istəyirik" - Regekampf


“Danışılası nəsə yoxdur. Həm öz, həm də oyunçuların adından azarkeşlərdən üzr istəyirəm”.

90plus.az xəbər verir ki, bu sözləri “Neftçi”nin baş məşqçisi Laurentsiu Regekampf Misli Premyer Liqasının 33-cü turunda “Turan Tovuz”a 0:4 hesabı ilə uduzduqları səfər oyundan sonra mətbuat konfransında deyib. 


Rumıniyalı mütəxəssis bildirib ki, kubokda finala yüksəldikdən sonra komandası çempionata köklənməkdə problem yaşayır: “Kubokda finala yüksəldikdən sonra komandada konsentrasiya ilə bağlı problem var. Bu, "Qarabağ"la oyundan başlamışdı. Qarşıda üç oyunumuz var. Davranışımızı və düşüncə tərzimizi dəyişməliyik. Qələbə ruhunu komandaya yenidən qaytarmalıyıq”.

O, rəqibdən bu cür oyun gözlədiyini vurğulayıb: "Çünki kubokun yarımfinalında son 10 dəqiqədə oyunu əldən verdilər və biz finala çıxdıq. Həftəboyu oyunçularıma çatdırmaq istəyirdim ki, Tovuzda bizi asan oyun gözləmir. Mübarizə aparmaq lazımdır. Qarşıdakı çempionat oyunu üçün çox şeyi dəyişməliyik”.

“Neftçi”nin çalışdırıcısını “Turan Tovuz”un bu mövsüm ilk dəfə 4 qol vurmasına da toxunub: “Bizim səviyyədə olan komandada belə şey baş verməməldir. Çox asanlıqla qollar buraxdıq. Çox şeyi müzakirə edə bilərik. Ən vacib amil odur ki, bu forma ilə meydana daxil olursansa, davranışın fərqli olmalıdır, belə asanlıqla qollar buraxmalı deyilik”.

Regekampf nəticəyə görə utandığını qeyd edib: “Bəli, nəticəyə görə utanıram. Mən də komandanın üzvüyəm və hamımız üçün utancverici məğlubiyyətdir. Düşünmürəm ki, mən, rəhbərlik və futbolçular fərqliyik, hamımız bir komanda üçün mübarizə aparırıq. "Neftçi" kubokda finala çıxanda deməmişəm ki, mən etdim, həmişə biz deyirəm. Vicdanlı olmalıyıq. Qarşıda üç həftə əzmkar çalışmaq üçün vaxtımız var. Bu gün bütün tənqidləri qəbul etməli və günhamızı yumalıyıq. Üçüncü yerdəyik və futbolçular bilir ki, möveyimiz dəyişməyəcək. Ona görə də bayaq dediyim kimi, bu formanı geyinəndə başqa cür davranmalı, başqa cür düşünməlisən”.

Mütəxəssis tənqidləri etdiyini söyləyib: “Bilirəm ki, haqqımda tənqidlər yazacaqsız, bunu qəbul edirəm. Amma oyunçularımı da qorumalıyam. Çünki mövsümün sonunda final oynayacağıq. Hər birinə meydanda döyüşüb, kuboku qazanmaları üçün ehtiyacım olacaq. Bugünkü məğlubiyyəti təsadüf kimi qəbul edəcəm. Fanatlardan nəticəyə görə üzr istəyirəm. Əgər məni "vurmaq" istəyirsizsə, buyurun”.

Rumıiyalı məşqçi final fitindən sonra futbolçuları meydanın mərkəzinə yığmasına belə aydınlıq gətirib: “Oyundan qabaq da onlara demişdim ki, nələri etməsək, başımıza hansı hadisələr gələ bilər. Onlar da oldu. Fərid Yusifliyə ona görə əsəbiləşdim ki, lazımsız yerə sarı vərəqə aldı və cəzalı duruma düşdü. Kifayət qədər problemimiz var. Voyislav Stankoviç bir oyunu da buraxacaq, hər iki Azər zədəlidir. Ataa Caberin keçmiş formasını qaytarmalıyıq, Eddi İsrafilova daha çox oynamaq imkanı verməliyik. Oyunçularımla danışdım və dedim ki, ayılmalıyıq. Daha ciddi olmalıyıq, hələ tətilə çıxmamışıq. Bu, bizim, klubun adıdır. İmkan verə bilmərik ki, adımız belə ləkələnsin”.

0 comments
bottom of page