"Azarkeşləri sevindirmək üçün əlimdən gələni edəcəm" Yoahim Löv


Almaniya millisinin baş məşqçisi Yoahim Löv bu il keçiriləcək Avropa çempionatından sonra vəzifəsindən istefa vermək qərarını yerli mediaya belə şərh edib:

"Martda keçiriləcək beynəlxalq oyunları, eləcə də Avropa çempionatının keçirilməsini səbirsizliklə gözləyirəm. Milli komandanı tərk etməyim məşqçilik karyeramı bitirməyəcək. Çünki meydandakı oyunçularla çalışmaqdan, gündəlik işdən zövq alıram. Futbolçularla bir-bir məşq etməyi sevirəm. Azarkeşlərimizi sevindirmək və Avroa çempionatında uğur qazanmaq üçün əlimdən gələni edəcəm. Bütün komandanın bunu istədiyini bilirəm". Qeyd edək ki, Löv 2006-cı ildən Almaniya yığmasını çalışdırır.

0 comments