top of page

“Azerreyl”dən qələbə!


Qadın voleybolçulardan ibarət "Azərreyl" klubu bu gün Çağırış Kubokunda mübarizəyə başlayıb.


90plus.az xəbər verir ki, komanda 1/32 final mərhələsinin ilk oyununda Slovakiya təmsilçisi "Slaviya" ilə üz-üzə gəlib.


Dərnəgül Voleybol Mərkəzindəki qarşılaşma "Azərreyl"in 3:1 (25:20; 25:19; 19:25; 25:20) hesablı qələbəsi ilə yekunlaşıb.

Tərəflər arasındakı cavab görüşü noyabrın 30-da eyni arenada gerçəkləşəcək.

0 comments
bottom of page