
"Oyunun yalnız 20-ci dəqiqəsinədək olan bölümünü şərh edə bilərəm. Həmin dəqiqəyədək qol buraxsaq da, komandam inamlı oynayırdı. Azlıqda ötənilki çempion və bu gün ikinci yerdə gedən komandaya qarşı oynamaq çox çətin idi". 90plus.az xəbər verir ki, bunu "Sumqayıt"ın baş məşqçisi Aleksey Baqa "Neftçi"yə 0:2 hesabı ilə uduzduqları oyundan sonra mətbuat konfransında deyib. Belaruslu mütəxəssis bildirib ki, futbolçularını müdafiə etməlidir: "Amma azarkeşləri də başa düşmək olar. Komanda uduzanda hakimliyi və məni də günahkar görə bilərlər. Bugünkü oyunun hakimliyindən siz deyəndən sonra düşünməyə başladım. Penalti epizodu ilə bağlı iradım yoxdur. Hakimliyi normal qiymətləndirirəm".