top of page

Azərbaycan gimanstları Portuqaliyada 2 yarışa qatılacaq


Aerobika gimnastikası üzrə Azərbaycan yığması Portuqaliyanın Kantanhede şəhərində keçiriləcək Dünya Kuboku və beynəlxalq turnirə qatılmaq üçün yola düşüb.

Azərbaycan Gimnastika Federasiyasından (AGF) “90plus”a verilən məlumata görə, Vladimir Dolmatov və Mədinə Mustafayeva Dünya Kubokunda qüvvələrini sınayacaqlar.

Martın 24-26-sı aralığında baş tutacaq yarışda idmançılar həm fərdi, həm də qarışıq cütlük proqramında çıxış edəcəklər.

Qadın gimnastlar isə martın 22-dən 26-dək eyni şəhərdə baş tutacaq beynəlxalq turnirə qatılacaqlar. Orada Aylin Quliyeva və Məryəm Topçubaşova yeniyetmələr arasında fərdi növdə, Dilarə Qurbanova, Sara Əlixanlı, Sənəm Kazımova gənclər arasında üçlük proqramında, Dilarə Qurbanova, Sara Əlixanlı gənclər arasında fərdi proqramda mübarizə aparacaqlar.

Hər iki yarışda milliyə Marian Kolev rəhbərlik edəcək.

Tünzalə Daşdəmirova isə beynəlxalq turnirdə hakim qismində Azərbaycanı təmsil edəcək.

0 comments

Recent Posts

See All

“Azərreyl”in qızları çempiondur!

Qadın voleybolçulardan ibarət Azərbaycan çempionatının 1-cisi ”Azərreyl” oldu! 90plus.az xəbər verir ki, Bakı İdman Sarayında baş tutan final matçında "Azərreyl" "Abşeron" üzərində 3:1-lik qələbə qaz

bottom of page