top of page

Azərbaycan idmançısı dünya rekorduna imza atıb


Azərbaycan paraüzgüçüsü Roman Saley dünya rekorduna imza atıb.

90plus.az xəbər verir ki, Azərbaycan Milli Paralimpiya Komitəsinə istinadla xəbər verir ki, üçqat Paralimpiya çempionu Berlində keçirilən dünya seriyasının təsnifat mərhələsində 200 metr məsafəyə sərbəst üsulla üzgüçülük yarışlarında 1 dəqiqə 58.36 saniyəlik nəticə göstərib.

Dünya rekordunu yeniləyən idmançı yarışın final mərhələsinə vəsiqə qazanıb.

Roman Saley, həmçinin 100 metr məsafəyə butterfly, millimizin digər üzvü, Paralimpiya çempionu Vəli İsrafilov isə 100 metr məsafəyə brass üsulu yarışlarda finala yüksəliblər.

0 comments

Recent Posts

See All
bottom of page