top of page

Azərbaycan millisinin yeni baş məşqçisi bəlli oldu

Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin yeni baş məşqçisi bəlli olub.


Azərbaycan Voleybol Federasiyasından 90plus.az - a verilən məlumata görə, yığma türkiyəli mütəxəssis Ataman Güneyligilə tapşırılıb.


Bununla əlaqədar mayın 16-da saat 12:00-da Voleybol Mərkəzində Ataman Güneyligilin iştirakı ilə mətbuat konfransı keçiriləcək.


Qeyd edək ki, Ataman Güneyligil 2015-2023-cü illərdə Türkiyənin "Qalatasaray" komandasının baş məşqçisi olub. 41 yaşlı mütəxəssis ölkəsində U-20 və U-23 yığmalarına da rəhbərlik edib.



0 comments

Recent Posts

See All
bottom of page