top of page

Azərbaycan millisinə Macarıstandan məşqçi gətirildi

Azərbaycanın üzgüçülük üzrə milli komandasına Macarıstandan məşqçi dəvət edilib.


90plus.az xəbər verir ki, bu barədə qurumun prezidenti Xanlar Fətiyev milli komandanın üzvləri və məşqçilər heyəti ilə görüşündə bildirib.


O, həmin şəxsin Daniel Dudaş olduğunu açıqlayıb.

Fətiyev daha əvvəl İvan Petrovun federasiyaya idman direktoru təyin olunduğunu xatırladıb:


“Bu gün bütün beynəlxalq standartlara cavab verən Bakı Su İdman sarayı var ki, bu da həm peşəkar idmançılarımızın, həm də yenicə başlayan həvəskarlarımız üçün böyük imkanlar açır. Bundan başqa biz federasiya olaraq, məşqçilər korpusunun daha da peşəkar olması üçün beynəlxalq təcrübəsi olan xarici mütəxəssisləri dəvət etmişik. Martda beynəlxalq dərəcəli məşqçi İvan Petrov sıralarımıza qatıldı və federasiyanın idman direktoru təyin edildi. Bu gün isə daha bir üzgüçülük üzrə mütəxəssisi təqdim edirəm. Bu, macarıstanlı məşqçi, bir zamanlar peşəkar üzgüçü olmuş Daniel Dudaşdır. O öz təcrübəsi, bilik və bacarığı ilə məşqçilər korpusuna yardımçı olmağa çalışacaq”.

0 comments
bottom of page