top of page

Azərbaycan Premyer Liqasında əvəzetmə sayı artırılıb


Beynəlxalq təcrübə, UEFA-nın milli komandalar və klub yarışlarında tətbiq olunan qaydalar nəzərə alınaraq, Azərbaycan Premyer Liqasında əvəzetmə sayı artırılıb. 90plus.az xəbər verir ki, bu barədə AFFA İcraiyyə Komitəsinin iclasında qərar qəbul olunub. 2022/2023-cü il mövsümündən etibarən oyunlarda 5 əvəzetməyə icazə verilib. Meydanı tərk edən futbolçuların əvəzinə oyuna daxil olan minimum 2 oyunçu yerli statusunda olmalıdır.

0 comments
bottom of page