top of page

Azərbaycan Super Liqasında təxirə salınmış oyunların vaxtı açıqlanıb

Qadın voleybolçular arasında Azərbaycan Super Liqasında təxirə salınmış matçların vaxtları və keçirilmə yeri dəqiqləşib.

90plus.az Federasiyanın Mətbuat Xidmətinə istinadən xəbər verir ki, yanvarın 14-də hava şəraiti ilə bağlı keçirilməyən I dövrənin II turunun oyunları yanvarın 25-də baş tutacaq.


Günün ilk qarşılaşmasında “Azərreyl”lə “Abşeron” üz-üzə gələcək. Oyun saat 16:00-da başlayacaq.


Liderlərin duelindən 2 saat sonra UNEC – “Murov” oyununa start veriləcək. Hər iki qarşılaşma Azərbaycan Voleybol Federasiyasının İdman zalında təşkil olunacaq.


Qeyd edək ki, pandemiya səbəbindən karantin qaydalarına uyğun keçirilən oyunlara azarkeşlər buraxılmayacaq.

0 comments
bottom of page