top of page

Azərbaycan çempionatında vahid lider bombardir müəyyənləşdi!


Misli Premyer Liqasında bombardirlər siyahısında vahid lider olub.


90plus.az xəbər verir ki, "Qarabağ"ın futbolçusu Ramil Şeydayev Misli Premyer Liqasının 15-ci turunda bu gün keçirilən "Neftçi"yə qarşı matçda (4:0) komandasının 3-cü qolunu vurub. Beləliklə, bu mövsüm indiyə kimi ölkə çempionatında vurduğu qolların sayını 12-yə yüksəldən Ramil komanda yoldaşı Musa Qurbanlını  (11 qol) qabaqlayaraq  bombardirlər siyahısında vahid lider olub.


Qeyd edək ki, bu tura qədər həm Ramilin, həm də Musanın aktivində 11 qol var idi.

0 comments
bottom of page