top of page

Azərbaycanda ilk yarımildə ən çox matç idarə etmiş hakimlər

Futbol üzrə Azərbaycan Premyer Liqasında mövsümün ilk yarısında və ölkə kubokunda indiyədək ən çox oyun idarə etmiş hakimlər bəlli olub.


90plus.az xəbər verir ki, siyahının ilk pilləsində FIFA referisi Əliyar Ağayev qərarlaşıb.


35 yaşlı ədalət təmsilçisi ümumilikdə 11 qarşılaşmada əsas hakim funksiyasını yerinə yetirib. Ağayev 10 dəfə çempionat, 1 dəfə kubok matçında əsas referi kimi iş başında olub.


Digər FIFA referisi Elçin Məsiyev (10 dəfə) ikinci sırada qərarlaşıb. Rauf Allahverdiyev və Nicat İsmayıllı (9 matç) 3-4-cü yerləri bölüşdürürlər.


Qeyd edək ki, mövsümün ilk yarısında hər iki yarışda ümumilikdə 104 görüş gerçəkləşib.


1. Əliyar Ağayev - 11 (Premyer Liqa - 10, ölkə kuboku - 1)

2. Elçin Məsiyev - 10 (Premyer Liqa - 9, ölkə kuboku - 1)

3. Rauf Allahverdiyev - 9 (Premyer Liqa - 8, ölkə kuboku - 1)

4. Nicat İsmayıllı - 9 (Premyer Liqa - 8, ölkə kuboku - 1)

5. Fərid Hacıyev - 8 (Premyer Liqa - 8)

6. Tural Qurbanov - 8 (Premyer Liqa - 8)

7. İnqilab Məmmədov - 8 (Premyer Liqa - 6, ölkə kuboku - 2)

8. Rəvən Həmzəzadə - 8 (Premyer Liqa - 6, ölkə kuboku - 2)

9. Rəşad Əhmədov - 7 (Premyer Liqa - 7)

10. Vüqar Həsənli - 7 (Premyer Liqa - 6, ölkə kuboku - 1)

11. Rauf Cabarov - 7 (Premyer Liqa - 6, ölkə kuboku - 1)

12. Kamal Umudlu - 6 (Premyer Liqa - 6)

13. Kamranbəy Rəhimov - 2 (Premyer Liqa - 1, ölkə kuboku - 1)

14. Cavid Cəlilov - 1 (Premyer Liqa -1)

15. Əli Əliyev - 1 (Ölkə kuboku - 1)

16. Səbuhi Bayramov - 1 (Ölkə kuboku - 1)

17. Emin Əliyev - 1 (Ölkə kuboku - 1)

0 comments

Recent Posts

See All
bottom of page