top of page

Azərbaycanda oynamış futbolçu Ermənistan klubuna keçib


"Səbail", "Sabah" və "Keşlə" klublarının sabiq futbolçusu Yevgeni Koçuk Ermənistanın "Pünik" komandasına keçib. 90plus.az xəbər verir ki, moldovalı yarımmüdafiəçi ilə müqavilə imzalanıb. Sözləşmənin müddəti və digər detalları açıqlanmayıb. Qeyd edək ki, Yevgeni Koçuk 2018-2019-cu illərdə "Səbail"in, 2020-ci ildə "Sabah"ın, 2021-ci ildə isə "Keşlə"nin formasını geyinib. 29 yaşlı oyunçu son olaraq, ölkəsinin "Zimbru" klubunda çıxış edib.

0 comments
bottom of page