top of page

"Azərbaycanın da güclü tərəfləri var" - Sabitzer


Avstriya millisinin futbolçusu Marsel Sabitzer Avro-2024-ün seçmə mərhələsinin ilk turunda evdə Azərbaycana 4:1 hesabı ilə qalib gəldikləri oyundan sonra fikirlərini bildirib.

90plus.az Avstriya Futbol Federasiyasının saytına istinadən xəbər verir ki, o deyib: 

"İlk dəqiqələrdən mübarizə apardıq. Azərbaycanın da güclü tərəfləri var. Amma sonra oyuna daha yaxşı daxil olduq. Seçmə mərhələlərə 4:1 hesablı qələbə ilə başlayırsınızsa, nəticədən razı qala bilərsiniz. Rahat qələbə qazandığımız üçün çox şadam. Mən üzərimə düşəni edə bildim".

0 comments
bottom of page